Masallıda baş vermiş partlayış nəticəsində həlak olan, yaralanan şəxslərin ailələrinə yardımlar ayrılmışdır

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Masallı Telekommunikasiya Qovşağında baş vermiş partlayış nəticəsində həlak olan, yaralanan şəxslərin ailələrinə birdəfəlik yardımlar ayrılması barədə əmr imzalamışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi aparatının rəhbəri Vidadi Zeynalov hadisə yerində jurnalistlərə bildirmişdir ki, həlak olan şəxslərin ailələrinə əmrə əsasən 5 min manat, xəstəxanada müalicə olunanlara 2 min manat, ilkin tibbi yardım göstəriləndən sonra buraxılan şəxslərə isə min manat olmaqla birdəfəlik yardım göstəriləcəkdir. Nazirlik hadisə nəticəsində xəsarət almış şəxslərin səhhətində yarana biləcək problemləri diqqətdə saxlayacaq, bunun üçün lazımi yardımı edəcəkdir.
Rayonda telefon rabitəsi bərpa ediləcəkdir. Artıq bununla bağlı işlər görülmüş, Bakıdan avadanlıq gətirilmişdir. Axşama kimi kəndlərdə telefon rabitəsini bərpa etmək mümkün olacaqdır. Beynəlxalq danışıq xətti işlək vəziyyətdədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında