Azərbaycanın və Macarıstanın prokurorluq orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Fevralın 8-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının hərbi prokuroru Arpad Kovaçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Respublika prokurorluğunun mətbuat xidmətindən bildirmişlər ki, Zakir Qaralov Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi və digər sahələrdəki əlaqələrdən danışmış, münasibətlərin daha da genişlənməsinin və strateji əməkdaşlıq səviyyəsinə yüksəldilməsinin vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, prokurorluğun, o cümlədən hərbi prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi baza yaradılmış, köklü islahatlar aparılmışdır. Kadr siyasətində ciddi dönüş yaradılmış, şəffaflıq təmin edilmişdir. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir.
Arpad Kovaç hər iki ölkənin hərbi prokurorluqları arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, iş təcrübəsi və məlumat mübadiləsinin, habelə istintaq işinin səmərəliliyinin artırılması məqsədilə qarşılıqlı səfərlərin zəruriliyini bildirmişdir. O, təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini xüsusi vurğulamışdır.
Görüşdə hərbi prokurorluq orqanları arasında ikitərəfli əlaqələrin genişləndirilməsinin və daha da inkişaf etdirilməsinin zəruriliyi bildirilmiş, tərəfləri maraqlandıran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında