İnformasiya texnologiyaları Azərbaycanda məhkəmə sistemində də fəal tətbiq edilir

Azərbaycan Respublikası Ali Məhkəməsində müasir informasiya texnologiyalarının məhkəmə sistemində tətbiqinə yönəldilmiş tədbirlər həyata keçirilir. Bu məsələ Ali Məhkəmənin aparat rəhbəri Əlirza Kərimovun Dünya Bankının ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin rəhbəri Klaus Dekerlə görüşündə müzakirə olunub.
Məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti yayıb. Bu sahədə görülən işlər haqqında qonağa məlumat verən Ə. Kərimov elektron kargüzarlıq və sənəd dövriyyəsi sisteminin məhkəmə aparatı işinin sürətləndirilməsində və məlumatların elektron vasitələrlə yayılmasında xüsusi əhəmiyyət daşıdığını bildirib. Aparat rəhbəri Ali Məhkəmənin elektron kitabxanasının yaradıldığını da diqqətə çatdırıb. Görüşdə həmçinin informasiya texnologiyalarının tətbiqi zamanı qarşıya çıxan problemlərdən və bu sahənin daha da təkmilləşdirilməsinin zərurətindən söz açılıb. Öz növbəsində Ali Məhkəmədə yeni informasiya texnologiyalarının tətbiqindən razı qaldığını bildirən K. Deker məhkəmə sistemində müasir informasiya texnologiyaların tətbiqi layihəsi çərçivəsində daha bir neçə proqram həyata keçiriləcəyini bildirib.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında