Azərbaycan Cənubi Qafqazın ən sabit dövlətidir

Fransa Senatının yuxarı palatasının senatoru xanım Natali Qule ölkəmizə səfəri çərçivəsində martın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olmuşdur.

{nl}

Burada “Azərbaycan Qafqazın və Yaxın Şərqin sabit dövləti kimi” mövzusunda məruzə ilə çıxış edən xanım Qule bildirmişdir ki, terrorizmin, separatçılığın geniş yayıldığı indiki dövrdə sabitlik hər bir dövlət üçün vacib şərtlərdəndir.

{nl}

N.Qule demişdir ki, mürəkkəb regionda yerləşməsinə baxmayaraq Azərbaycan Cənubi Qafqazın ən sabit dövlətidir. Bu isə ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir.

{nl}

Prezident İlham Əliyevin olduqca fəal diplomatiya apardığını qeyd edən fransalı senator dövlətimizin başçısının Azərbaycan xalqının gələcəyi naminə böyük işlər gördüyünü vurğulamışdır. Xanım Qule diqqəti xüsusilə son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafına cəlb etmiş, dünya maliyyə böhranının ölkəmizə təsirsiz ötüşdüyünü demişdir. Bildirilmişdir ki, hazırda Azərbaycanda ümumi daxili məhsulun həcmi Ermənistanda olduğundan müqayisə edilməyəcək dərəcədə çoxdur. Qonaq Azərbaycandakı mövcud sabitliyin ölkə iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi üçün əlverişli şərait yaratdığını vurğulamışdır.

{nl}

Xanım Qule Azərbaycanın tolerantlıq baxımından da digər dövlətlər üçün nümunə olduğunu, müxtəlif dinlərə mənsub insanların burada bərabərhüquqlu insanlar kimi yaşadığını  demişdir.

{nl}

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan senator problemin regionda təhlükəsizliyə təhdid olduğunu bildirmişdir. Münaqişənin həlli isitiqamətində səylərin nəticəsizliyindən təəssüfləndiyini bildirən qonaq dünya dövlətlərinin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulamışdır.

{nl}

Sonda qonaq sualları cavablandırmışdır.

{nl}

Tədbirdə Milli Məclisin deputatları, Xarici İşlər Nazirliyinin və Azərbaycan Diplomatik Akademiyasının məsul əməkdaşları, diplomatlar, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak etmişlər.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında