Azərbaycanda əhalinin 31,4 faizi gənclərdir

Ölkə əhalisinin 2,9 milyon nəfərini və ya 31,4 faizini təşkil edən gənclər dövlətin qayğısını daim hiss edirlər. Gənclərin 53 faizi şəhər yerlərində, 47 faizi isə kənd yerlərində yaşayır. Gənclərin yarısını qadınlar təşkil edir.
Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı 12 faiz artmış və bütövlükdə doğulan körpələrin 82 faizi gənc ailələrdə dünyaya gəlmişlər.
Ötən il ölkədə nikaha daxil olanların 75 faizini gənclər təşkil etmiş və son beş ildə nikah bağlayan gənclərin sayı 12 faiz artmışdır. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların isə 23-dür. Boşananlar arasında gənclərin xüsusi çəkisi 23 faiz təşkil edir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi məlumat verir ki, gənclərin sağlam həyat tərzi sürmələri və idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün ölkəmizdə geniş şərait yaradılır, hər il yeni idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları və digər obyektlər tikilib istifadəyə verilir. Ötən il müxtəlif beynəlxalq yarışlarda gənc idmançılarımız tərəfindən 675 medal qazanılmış, onların da 206-sı Olimpiya idman növləri üzrə olan medallardır. Gənc idmançılarımız Yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında da böyük uğurla çıxış etmiş və 204 ölkə arasında 11-ci yeri tutmuşlar.
Gənclərin təhsil səviyyəsi də ilbəil artır. 2010/2011-ci tədris ilinin əvvəlinə Azərbaycanda 53 min tələbənin orta ixtisas təhsili aldığı 58 dövlət və 4 qeyri-dövlət orta ixtisas təhsil müəssisəsi və tələbələrinin sayı 140 min nəfər olan 36 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir.
Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan gənclərinin sayı ilbəil artır. Son 5 ildə dövlət xətti ilə oxuyan azərbaycanlı tələbələrin sayı 2 dəfə artaraq 2055-ə çatmış və onlardan 63 faizi Bakı şəhərinin, 37 faizi isə digər şəhər və rayonların orta məktəblərinin məzunlarıdır.
Ölkənin elmi potensialında da gənclərin müstəsna rolu vardır. Hazırda elmi müəssisələrdəki tədqiqatçıların 17,3 faizini gənclər təşkil edir.
Azərbaycanda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və gənclərin idmanla məşğul olması üçün hərtərəfli şərait yaradılması, sağlam həyat tərzinin geniş təbliği nəticəsində narkotiklərlə bağlı cinayətlərdə iştirak etmiş gənclərin sayı ildən-ilə azalır.{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında