ATƏT-in Bakı ofisinin nümayəndəsi Azərbaycanda ekologiya sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində ATƏT-in Bakı ofisinin iqtisadiyyat və ətraf mühit üzrə rəhbəri Yan Olssonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, qonaqlara ARDNŞ-in həyata keçirdiyi ekoloji layihələr haqqında ətraflı məlumat verilmiş, aparılan ekoloji monitorinq, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi, tullantıların idarə olunması və digər layihələr barədə fikir mübadiləsi aparılmışdır. Görüşdə Bakının Xəzər rayonunda yaradılan "Ekoloji park" haqqında videoçarx nümayiş etdirilmişdir. Burada alternativ enerji mənbələrindən istifadə və ətraf mühit haqqında biliklərin artırılması sahəsində nəzərdə tutulan tədbirlər qonaqlarda xüsusi maraq doğurmuşdur. Parkda tikintisi davam etdirilən Ekoloji Mərkəzin fəaliyyət planının hazırlanması istiqamətində müzakirələr aparılmışdır.
Yan Olsson "Ekoloji park" layihəsinin həyata keçirilməsi istiqamətində Ekologiya İdarəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir. O, Azərbaycanda ekologiya sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.
Görüşdə Ekologiya İdarəsi və ATƏT-in Bakı ofisi arasında mümkün əməkdaşlıq perspektivləri və birgə fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında