Suraxanıda ağacəkmə aksiyası çərçivəsində 300-dən artıq ting əkilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıq və tövsiyələrə uyğun olaraq Suraxanı Rayon İcra Hakimiyyəti rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mövsümünü uğurla davam etdirir.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə rayonun Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə küçəsinin ətrafında keçirilib.

Ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB aparatının əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, sənaye, səhiyyə müəssisələri və rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak ediblər.

Başçı İlqar Abbasov bildirib ki, Azərbaycanın bütün bölgələrini əhatə edən bu kampaniyada Suraxanı rayonu da fəallıq göstərir. Ayrı-ayrı vaxtlarda rayonun müxtəlif guşələrində çoxlu sayda ağaclar əkilib. Ağacəkmə kampaniyası ölkəmizdə ekologiyanın qorunub saxlanmasında mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyev ətraf mühitin qorunmasına, yaşıllıqların salınmasına xüsusi diqqət yetirirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu məsələyə böyük önəm verir. Çünki təmiz ekologiya, təbiət hər bir insanın sağlamlığı üçün çox vacibdir və bu işə mühüm töhfə verən kampaniyalardan biri də ağacəkmədir.

 Xatırladaq ki, 150 nəfərin iştirak etdiyi növbəti iməcilikdə müvafiq təmizləmə işləri aparılıb, abadlıq işləri görülüb, mövcud olan yaşıllığa qulluq edilib və 300-dən artıq ting əkilib

Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyaları davam edəcəkdir.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında