Dövlətin diqqət və qayğısı məmnunluq doğurur

Xətai Rayon İcra Hakimiyyətinin tədbirlər planında öz yeri olan 3 dekabr Beynəlxalq Əlillər Günü hər il yüksək səviyyədə qeyd edilir. Bu il də istisna olmadı və icra hakimiyyəti aparatının rəhbər işçiləri rayonun 150-dən yuxarı əlil sakini ilə süfrə arxasına toplaşdılar.

Tədbir dövləti və cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaq, bir sözlə, onları diqqətdən kənarda qoymamaq məramı olan bu beynəlxalq günün mahiyyəti haqqında çıxışlarla başladı. Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirdi ki, bu bayramı qeyd etmək heç də cəmiyyəti, hərəkət fəaliyyətləri məhdud olan insanlara mərhəmətlə yanaşmağa sövq etmək deyil. Əksinə, insanlar bilməlidirlər ki, əlillər də bizim cəmiyyətin tamhüquqlu üzvləridir.

J.Abdıyeva çıxışında qeyd etdi ki, bu gün dünyada təqribən bir miyarda yaxın əlil insan yaşayır ki, bu da dünya əhalisinin 15 faizini təşkil edir. Bu insanların böyük əksəriyyətinin normal yaşamasını, cəmiyyətin həyatında bərabərhüquqlu insanlar kimi iştirakını və səmərəli fəaliyyət göstərməsini məhdudlaşdıran təkcə onların əlilliyi yox, həm də onlara münasib şəraitin yaradılmamasıdır. BMT-nin araşdırmalarına görə, bu insanlar dünya əhalisinin ən kasıb təbəqəsini təmsil edirlər. Onların əsas resurslara –təhsilə, məşğulluğa, səhiyyəyə, sosial müdafiə sisteminə və hüquqi dəstəyə çox böyük ehtiyacları var.

Natiq ölkəmizin bu sahədə nümunə olduğundan, Azərbaycanda əlil insanların sosial müdafiəsi ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışaraq qeyd etdi ki, dövlətin sosial siyasəti hər şeydən əvvəl, insanların həyat və sosial- məişət şəraitinə fəal təsiri ilə aktualdır. Hazırda Azərbaycanda əlilliyi olan insanlar əhalinin ümumi sayının 4 faizindən bir qədər artığını təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstərici sayılır. Buna baxmayaraq, müstəqilliyin Heydər Əliyev mərhələsindən başlayaraq, Azərbaycan dövləti çalışır ki, əlillərin də digər insanlar kimi vətəndaş hüquqları tam riayət edilsin və onların cəmiyyətin həyatında fəal iştirakı təmin olunsun. Ulu öndər Heydər Əliyevin də, Azərbaycan Prezidenti İlham Əliyevin də həyata keçirdikləri sosial müdafiə siyasətinin əsas istiqaməti ondan ibarətdir ki, sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə daha çox ehtiyacı olan əlillərə daha diqqətlə yanaşsınlar. Ona görə indi bizim ölkədə əlil insanlar üçün tibbi bərpa mərkəzləri, sanatoriyalar fəaliyyət göstərir ki, bu qəbildən olan insanlar müalicə ocaqlarında sağlamlıqlarının bərpası ilə məşğul ola bilsinlər.

Jalə Abdiyeva son illər Azərbaycan hökumətinin əlillərin hüquqlarının qorunması və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirləri, qanunvericilik bazasında münasib dəyişiliklər edilməsini, onların pensiyalarının artırılmasını, həyata keçirilən dövlət proqramlari nəticəsində onların mənzil, maşın, əlil arabaları ilə təmin olunmasını, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçmələrini diqqətə çatdırdı.

 Natiq çıxışının sonunda qeyd etdi ki, əlil insanlarla bağlı dövlət siyasəti Xətai rayonunda da uğurla həyata keçirilir. Onların müraciətlərinə son dərəcə həssas münasibət göstərməklə yanaşı, sosial-məişət problemlərinin də vaxtında həll olunmasına səy göstərilir.

Sonra tədbirdə iştirak edən əlillərdən bir neçəsi söz alaraq dövlətin, xüsusilə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətdən, onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirdilər.

Rəsmi hissə başa çatdıqdan sonra saraya toplaşan əlillər respublika mədəniyyət və incəsənət ustalarının hazırladıqları konsert proqramına tamaşa etdilər.

İ. RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında