Dənizkənarı Milli Parkda əyləncəli görüş

Beynəlxalq Əlillər Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Xəzər Dəniz Gəmiçiliyinin dəstəyi ilə  rayonda yaşayan və təhsil alan 150-dən çox əlil uşaq üçün Dənizkənarı Milli Parkda musiqili-əyləncəli görüş keçirilmişdir.

“Yaxt-klub”da təşkil olunan mərasimdə Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova və Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəsmisi Tural Abbasov dövlətimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə  əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışmışlar.

Veteran təşkilatlarının qərargahında kiçirilən görüşdə isə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev qeyd eymişdir ki, ölkə başçısının sərəncamı ilə müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri ildən-ilə artırılır. Birinci virse-prezident,  Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın fəaliyyətində əlillərin problemlərinin həlli önəmli yer tutur.

Bildirilmişdir ki, əlil vətəndaşlara, xüsusilə əlil uşaqlara diqqət və qayğı cəmiyyətin hər üzvünün borcudur. Bununla əlaqədar müxtəlif tədbirlərin həyata keçirilməsi Səbaildə də ənənə halı almışdır. Rayonda 2963 nəfər müxtəlif  əlillik dərəcəsi olan vətəndaş yaşayır.  Sosial Müdafiə Fondunun rayon şöbəsində 362 tənha  əlil qeydiyyatdadır, onlara 31 sosial işçi xidmət göstərir.

Çıxış edən əlillər fiziki qüsurlu vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Görüşlərdə yaşlı əlillərə ərzaq yardımları, uşaqlara isə hədiyyələr təqdim olunmuşdur. İncəsənət ustaları çıxışları ilə iştirakçıları əyləndirmiş və şənləndirmişlər.

T.AYDINOĞLU,
“Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında