Azərbaycanı tanıtmaq üçün...

Dünən Kazan şəhərinin Novosovinski rayonunun 165 saylı məktəbində Moskva Duması deputatlarının da qatıldığı elmin inkişafı yönümündə səmərəli tədbir keçirilib. Toplantının əsas məqsədi yeni məktəb korpusunun tikilib istifadəyə verilməsi ilə əlaqədar olub. Tədbirdə həmçinin, yerli millət vəkilləri, aidiyyatı nazirliklərin rəhbər nümayəndələri iştirak ediblər.

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının sədri Sərraf Kərimov da tədbirə dəvət edilib. Qeyd edək ki, həmin məktəbdə 20 nəfərdən artıq azərbaycanlı təhsil alır. Ona görə də diaspor rəhbəri S.Kərimov çıxışına məhz belə bir təkliflə başlayıb ki, məktəbdə azərbaycanlı uşaqlar üçün  şənbə günündə bir və ya bir neçə saat Azərbaycan dili saatının keçirilməsinə şərait yaradılsın. Bu dərs saatının yüksək səviyyədə keçirilməsi üçün isə xüsusi sinif otağı və ayrıca dərs saatı təyin olunsun. Çünki ayrılacaq həmin  saatlar zamanı əsasən Azərbaycan dili, tarix, ədəbiyyat fənlərinə geniş yer veriləcək.

S. Kərimov ona verilən fürsətdən istifadə edərək təklifinə daha bir istəyini də əlavə edib. Məktəbin hər tərəfdən gözəl görünən bir yerində dövlətimizə məxsus atributların əks olunduğu böyük bir lövhənin qoyulması və bu löhvənin üzərində Azərbaycan haqqında geniş məlumatların əks etdirilməsini xahiş edib. Bildirib ki, həmin lövhədə  Azərbaycanın milli-mənəvi dəyərləri haqqında geniş qeydlər və məlumatlar yazılacaq, həmçinin milli mətbəximizin nümunələri haqqında informasiyalar veriləcək. Bununla yanaşı, Azərbaycanın tarixi abidələrinin, həmçinin turizm sahəsinin inkişafının geniş təbliğ olunması məqsədilə gəzməli, görməli yerlərimizin fotoları yerləşdiriləcək. Sonra o, “Əsas məqsədimiz Azərbaycanın tanınmasıdır. Bundan sonra da bu cür təkliflərimizi silsilə şəklində davam etdirəcəyik”, – deyərək  çıxışını bitirib.

Bu cür tədbirlərin keçirilməsində öz xeyirxahlıqlarını əsirgəməyən, kömək əlini uzadanlar arasından fərqləndirilənlər də olub.

Geniş konsert proqramı ilə sona çatan tədbirdə həmyerlimiz Sərraf Kərimov da mükafatlandırılıb.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında