“Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçıları ilə Qazaxda görüş

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qazax rayon məktəbliləri bu yaxınlarda Lənkəran-Masallı-Astara rayonlarında olmuşlar. Ekskursiyanın təşkil edilməsində məqsəd həmin rayonların tarixi yerləri, qədim və müasir milli memarlıq abidələri ilə yaxından tanış olmaq, müxtəlif məzmunlu musiqili-əyləncəli proqramlarda iştirak etmək olmuşdur.   

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüş də şagirdlərin xatirəsində xoş izlər buraxmışdır. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən tur-aksiyanın məqsədindən danışmışdır. Rayon rəhbəri qeyd etmişdir ki, məktəblilərin biliklərinin artırılmasında, şagirdlərin dünya görüşlərinin formalaşmasında və zənginləşməsində tur-aksiyaların mühüm əhəmiyyəti var. Bildirilib ki, artıq son turlarda Qazax məktəbliləri bilik yarışlarında nəzərəçarpacaq nəticələr əldə ediblər. Onlar bu dəfə də  rayona əliboş qayıtmamış, 42 rayon arasında keçirilmiş bilik yarışında 1-ci yeri tutmuşlar.

Rəcəb Babaşov qeyd edib ki, oxumaq, biliklərə yiyələnmək və gələcəkdə ixtisaslı mütəxəssis, ölkəmizə xeyir verəcək layiqli bir vətəndaş olmaq üçün ölkə başçısının diqqət və qayğısı sayəsində respublikamızda, eləcə də rayonumuzda çox gözəl və sağlam mühit var. Ona görə də yaradılmış bu şəraitdən maksimum istifadə etmək, həyatda və təhsildə uğurlu nəticələr qazanmaq lazımdır. Rayon icra hakimiyyətinin rəhbərliyi bu işdə hər zaman sizə dəstək olacaqdır.

Sonra tur-aksiya iştirakçılarından Kənan Hacıyev, Nurəddin Bayramov, Babaxan Carçıyev, Mətin Veyisli və başqaları çıxış edərək öz səfər təəssüratlarını görüş iştirakçıları ilə bölüşmüşlər. Onlar bu cür tur-aksiyalar təşkil etdiyinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya bütün iştirakçılar adından öz dərin minnətdarlıqlarını bildirmişlər.            

Rayon icra hakimiyyəti başçısının müavini Gülayə Həsənova, təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, müəllimlərdən Əsmayə Aslanova, valideynlərdən Solmaz Musayeva və başqaları çıxış edərək, rayon icra hakimiyyəti rəhbərliyinin bu turların yüksək səviyyədə təşkili üçün hərtərəfli dəstək olduğunu qeyd etmişlər. Tədbirin sonunda yarışların qalibi olmuş “Odlar yurdu” komandasının üzvlərinə İntellektual Oyunlar Assosiasiyası tərəfindən verilmiş 1-ci dərəcəli sertifikatlar və hədiyyələr təqdim olunmuşdur.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında