"Azərbaycan nağılları uşaqların gözü ilə" təqvimi nəşr edilib

İstedadlı uşaq və yeniyetmələrin rəsm əsərlərindən ibarət "Azərbaycan nağılları uşaqların gözü ilə" adlı 2011-ci il təqviminin təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin dəstəyi ilə çap edilmiş təqvimdəki rəsmlər "İnkişaf və Dünya" İctimai Birliyinin və Rəssamlar İttifaqının təşəbbüsü ilə Bakı və Gəncədə keçirilmiş rəsm müsabiqələrinin nəticəsinə görə seçilib.
Tədbiri giriş sözü ilə açan "İnkişaf və Dünya" İctimai Birliyinin rəhbəri Namazəli Mustafayev təqvimin Azərbaycan və ingilis dillərində nəşr edildiyini qeyd etdi. O bildirdi ki, təqvimdə təqdim edilmiş rəsmlər istedadlı uşaq və yeniyetmələrin qabiliyyətini və onların nağıllara olan sevgilərini nümayiş etdirir. Azərbaycanın zəngin folklor nümunələrinə malik olduğunu xatırladan birlik rəhbəri uşaqların nağıllarımızdakı bir çox personajların və epizodların özünəməxsus tərzdə, öz fantaziyalarına uyğun təsvir etdiklərini vurğuladı.
Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev istedad və güclü fantaziyaya malik uşaqlara daim diqqət yetirildiyini, onların arasında gələcəyin məşhur rəssamlarının yetişəcəyini vurğuladı. Onlar nağıllarımızı oxuduqca, bu illustrasiyaları çəkdikcə, uşaqlarda Vətənə sevgi, qəhrəmanlıq duyğuları aşılanır.
Xalq rəssamı Arif Hüseynov rəsm əsərlərini yüksək qiymətləndirdi, balaca rəssamlara özünün də vaxtilə nağıllara bu cür illustrasiyalar çəkdiyini söylədi. Onlara bundan sonrakı yaradıcılıqlarında uğurlar arzuladı. Tanınmış poliqrafçı, alim Şəddad Cəfərov təqvimin fərqli və rəngli tərtibatda nəşrini yüksək dəyərləndirdi. Azərbaycanlı istedadlı uşaqların nəinki ölkəmizdə, xaricdə keçirilən beynəlxalq müsabiqələrdə uğurla təmsil etdiklərini vurğuladı. "Azeri news" qəzetinin redaktoru Fazil Abbasov uşaqların istedadını üzə çıxarmaq üçün bu cür layihələrin vacibliyini vurğuladı.
Təqvimə T.İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin Gəncə şəhər uşaq rəssamlıq məktəbinin və "Esmiralda rəsm studiyası"nın uşaq və yeniyetmələrinin əl işləri daxil edilib. Təqvimdə məşhur Azərbaycan nağıllarının motivləri əsasında çəkilmiş "Mərd və namərd", "Tülkü və hacıleylək", " Tülkü və qurd", "Süleyman Şah və qarışqa", "Məlikməmməd", "Xoruz və padşah", "Tıq-tıq xanım", "Cırtdan", "İsgəndər quş dili öyrənir", "Göyçək Fatma" və digər rəsm əsərləri yer alır.
Sonda rəsm əsərlərinin müəllifləri Cavid Cəfərliyə, İlkin Cəfərova, Əsmər Süleymanovaya, Pərvin Mustafayevaya, Ayla Cəfərovaya, Məryəm Eva Evsenə və digərlərinə Fəxri diplomlar və hədiyyələr təqdim edildi.

{nl}


Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında