Azərbaycan ilə Niderland Krallığı arasında gömrük əməkdaşlığının perspektivləri müzakirə edilmişdir

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Niderland Krallığının Azərbaycandakı səfiri Arjen Peter Uijterlinde ilə görüşmüşdür.
DGK-nın mətbuat xidmətindən bildirmişlər ki, Aydın Əliyev Azərbaycan ilə Niderland Krallığı arasında mövcud iqtisadi, siyasi, mədəni əlaqələrdən söhbət açmış, bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir. O, iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu və bu imkandan maksimum yararlanmağın vacibliyini vurğulamışdır.
Səfir Arjen Peter Uijterlinde ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa çox böyük əhəmiyyət verdiyini diqqətə çatdırmışdır. İki ölkənin gömrük orqanlarının gələcək əməkdaşlığından danışan diplomat gömrük orqanları arasında təcrübə və bilik mübadiləsinin aparılmasının qarşılıqlı əməkdaşlığın inkişafına bir töhfə olacağına əminliyini ifadə etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında