Latviyalı qonaqlar Suraxanı rayonunda Heydər Əliyev Mərkəzində olmuşdur

Azərbaycanda səfərdə olan Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Raymonds Veyonisin rəhbərlik etdiyi nümayəndə heyəti Suraxanı rayonunda Heydər Əliyev Mərkəzində olmuşdur.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, qonaqlara mərkəz barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 2009-cu ilin mayında fəaliyyətə başlayan mərkəzə ziyarətə gələnlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar. mərkəzin 1-ci mərtəbəsində multimedia və rəsm studiyaları, elektron kitabxana fəaliyyət göstərir, 2-ci mərtəbədəki sərgi salonunda ulu öndərin həyatının müxtəlif anlarını əks etdirən çoxsaylı fotoşəkillər vardır. 3-cü mərtəbədə foto slaydlarla təchiz olunmuş rəqəmsal çərçivələrdə "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir" mövzusunda elektron sərgi nümayiş etdirilir. Burada, həmçinin müasir texnoloji avadanlıqla təchiz olunmuş, audio, video sistemlə müşayiət olunan konfrans zalı fəaliyyət göstərir.
Latviyalı qonaqlar sonra "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunda olmuşlar.
Bildirilmişdir ki, bu məbəd qədim zamanlardan insanların dini etiqadlarına güclü təsir göstərmiş və oda sitayiş etmək inancı yaratmışdır. XVII-XVIII əsrlərdə qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində inşa edilmiş bu məbəd 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında