Korrupsiyaya qarşı mübarizədə hüquqi maarifləndirmə işi genişləndirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilmiş, əhalinin haqlı narazılığına səbəb olan korrupsiya halları, mövcud problemlər və onların aradan qaldırılması barədə konkret tapşırıqlar verilmişdir.
Bununla əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) kollegiya iclası keçirilmişdir.
Nazirlikdən bildirmişlər ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sədrliyi ilə keçirilən iclasda ölkəmizdə korrupsiyaya qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlərin həyata keçirildiyi qeyd edilmiş, bu sahədə RİTN tərəfindən görülən işlər, mövcud problemlər qeyd olunmuşdur. İclasda RİTN-in müəssisə və təşkilatlarında korrupsiyaya qarşı mübarizə üzrə həyata keçirilən tədbirlərə baxmayaraq, mənfi halların da mövcudluğu bildirilmişdir.
İclasda rabitə birlik və müəssisələrində hüquqpozmalara şərait yaradan halların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi, müəssisələrdə nizam-intizam qaydalarının möhkəmləndirilməsi, abunəçilərin hüquqlarının qorunmasına diqqətin artırılması, sahibkarlara və özəl şirkətlərə azad rəqabət mühitinin yaradılması, əməkhaqqının vaxtında verilməsi və s. məsələlər barədə çıxışlar olmuş, müzakirələr aparılmışdır.
Kollegiya iclasına yekun vuran nazir rabitə və informasiya texnologiyaları sektorunda korrupsiyaya qarşı mübarizədə səmərəliliyin artırılması məqsədi ilə əhalidən daxil olan müraciətlərə baxılması, operativliyin artırılması, vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi, işçilərdə antikorrupsiya mədəniyyətinin formalaşdırılması, "Qaynar xətt"in fəaliyyətinin və hüquqi maarifləndirmə işinin genişləndirilməsinin zəruriliyini vurğulamış, bununla bağlı müvafiq tapşırıqlar vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında