“Sədərək” Taxıl Məhsulları Emalı Müəssisəsi fəaliyyətə başlayıb

Sədərək rayonunda aqrar sahənin inkişafı diqqətdə saxlanılır. Rayonda taxıl əkininə maraq artır, hər il bol məhsul istehsal olunur. Həmçinin Sədərək rayonunda istehsal olunan taxılın qəbulu və emalı üçün də ardıcıl tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, noyabrın 28-də “Sədərək” Taxıl Məhsulları Emalı müəssisəsi əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yaradılan şəraitlə maraqlanıb, müəssisəni işə salaraq istehsal prosesini izləyib. 

Məlumat verilib ki, gündəlik istehsal gücü 10 ton olan müəssisə emal bölməsindən, 2 anbardan və 3 iş otağından ibarətdir. Müəssisədə Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılıb. Hazırda burada birinci və ikinci növ un, o cümlədən kəpək istehsal olunur. Emal müəssisəsində 4 nəfər işlə təmin olunub. Müəssisənin xidmətindən Sədərək rayonu ilə yanaşı, Şərur rayonunun yaxın kəndlərinin taxıl istehsalçıları da istifadə edə biləcəklər. 

Ali Məclisin sədri “Sədərək” Taxıl Məhsulları Emalı Müəssisəsinin istifadəyə verilməsi ilə muxtar respublikada gündəlik istehsal gücü 500 ton olan 19 taxıl emalı müəssisəsinin fəaliyyət göstərdiyini və tələbatın tam ödənildiyini bildirib, müəssisənin imkanlarından səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verib.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında