Cəbhəboyu zonada zabitlər üçün daha bir yaşayış kompleksi istifadəyə verilib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,
noyabrın 27-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə bölgəsində zabitlər üçün inşa edilmiş daha bir yaşayış kompleksinin açılışında iştirak edib.

İkimərtəbəli, 33 yaşayış və yardımçı otaqlardan ibarət zabit yataqxanası kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir standartlara cavab verən yataqxana mebel və digər avadanlıqlarla təmin edilib.

Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, mini futbol meydançası və idman şəhərciyi salınıb, eləcə də hərbi qulluqçuların səmərəli istirahəti üçün digər lazımi şərait yaradılıb.

Müdafiə naziri, general-polkovnik Z.Həsənov yeni inşa edilmiş zabit yataqxanasında yaradılmış şəraitlə tanış olub, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında