Azərbaycan Ədalətli Oyunlar Komissiyası keçirdiyi sorğunun nəticələrini açıqlamışdır

Fevralın 4-də Gənclər və İdman Nazirliyində Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə ötən il Azərbaycan idmanında ədalətli oyunlar prinsipləri sahəsində əldə olunmuş nailiyyətlərə dair tədbir keçirilmişdir.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışmışdır. Vitse-prezident bildirmişdir ki, XX əsrin sonlarından başlayaraq idmanda yeni hərəkat yaranmış və inkişaf etməyə başlamışdır. Bu Fair Play - Ədalətli Oyunlar Hərəkatıdır (ƏOH). Hazırda dünyada təşkil olunan idman yarışlarını ədalətli oyunlar prinsipindən kənarda təsəvvür etmək mümkün deyil. Ölkəmizdə Ədalətli Oyunlar Komissiyası MOK-un tərkibində artıq 10 ildir ki, fəaliyyət göstərir. Bu komissiya artıq özünü beynəlxalq miqyasda kifayət qədər tanıtmış və dünyada özünü aparıcı bir hərəkat kimi göstərmişdir.
2009-cu ildə Avropa ƏOH-un konqresi və assambleyası Bakıda təşkil olunmuşdur. Avropa ölkələrinin olimpiya komitələrinin nümayəndələrinin iştirak etdiyi tədbir yüksək səviyyədə keçmiş və növbəti il Praqada təşkil olunan konqresdə Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayevə xüsusi mükafat təqdim olunmuşdur.
MOK-un vitse-prezidenti və Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev ənənəvi sorğu barədə məlumat vermiş, ədalətli oyunlar prinsiplərinə əməl edən idmançıların seçildiyini və Azərbaycanın hərəkatın layiqli üzvü olduğunu bildirmişdir.
Tədbirdə 2009-cu ildə Bakıda keçirilən ədalətli oyunlar hərəkatının 15-ci konqresinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Sonra keçirilən sorğunun qalibləri - "Neftçi" İdman Sağlamlıq Mərkəzinin prezidenti Sadıq Sadıqov, "Lider" TV, futbol hakimi Rüstəm Rəhimov, yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Fərid Mansurov və voleybolçu Nataliya Məmmədova mükafatlandırılmışlar.
Mükafatları MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, gənclər və idman nazirinin müavinləri İsmayıl İsmayılov, İntiqam Babayev, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Abıyev təqdim etmişlər.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında