Azərbaycan bir çox din mənsublarının çiçəklənən ümumi vətəninə çevrilmişdir

Azərbaycan bir çox din mənsublarının çiçəklənən ümumi vətəninə çevrilmişdir. Bu fikir fevralın 4-də Mədəniyyət və Turizm Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə DQİDK-də keçirilmiş "Vətəndaş cəmiyyəti quruculuğunda konfessiyalararası harmoniya: dialoq və dinc yanaşı yaşamaq" mövzusunda "dəyirmi masa"da dönə-dönə vurğulanmışdır.
Tədbirdə ölkədə fəaliyyət göstərən konfessiyaların rəhbərləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri, deputatlar, habelə görkəmli dinşünaslar və elm adamları iştirak etmişlər.
"Dəyirmi masa"nın dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimadı, sülh, humanizm və xeyirxahlıq ideyalarını təşviq etmək və dəstəkləmək məqsədilə keçirildiyi bildirilmişdir.
Diqqətə çatdırılmışdır ki, BMT Baş Məclisinin 2010-cu il oktyabrın 20-də keçirilmiş 65-ci sessiyasında qəbul olunmuş qətnaməyə əsasən, hər il fevralın birinci həftəsi bütün dinlər, etiqadlar və konfessiyalar arasında Dünya Etiqadlararası Harmonik Münasibətlər Həftəsi elan edilmişdir.
Ölkəmizin həmmüəllif qismində qoşulduğu sənədə əsasən, dinlərarası münasibətlərdə Azərbaycanın zəngin və müsbət təcrübəsini əsas götürərək, tədbir iştirakçıları dünyəvilik və dinilik arasında prinsipial fərqlər olsa da, onların cəmiyyətə tətbiq edilməsində müəyyən yaxın dünyagörüşlər və mövqelər olduğunu bildirmişlər.
DQİDK-nin sədri Hidayət Orucov Azərbaycanda tolerantlığın qorunması sahəsində dövlət səviyyəsində görülmüş işlərdən danışmışdır. O, Azərbaycanın yenidən müstəqilliyinə qovuşmasından sonra ümummilli lider Heydər Əliyevin tolerantlığın qorunması və daha da gücləndirilməsi sahəsində həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri "dəyirmi masa"da çıxış edərək millilik və ümumbəşəriliyi ehtiva edən Azərbaycan cəmiyyətinin bir çox din mənsublarının çiçəklənən ümumi vətəninə çevrildiyini dönə-dönə vurğulamış, dövlət səviyyəsində qayğı ilə əhatə olunmalarından danışmışlar.
Bildirilmişdir ki, YUNESKO-nun qərarı ilə 16 noyabr-Beynəlxalq Tolerantlıq Günü ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə regionda ilk dəfə məhz Azərbaycanda xüsusi qeyd edilməyə başlanmışdır.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında