Yasamal rayonunda “Ölkəmizi tanıyaq!” yazı müsabiqəsi

Dörd  ildir ki, Azərbaycanın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq!” devizi altında Vətənimizin müxtəli  bölgələrinə maarifləndirici turları təşkil olunur. Prezident İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən  bu aksiyalar artıq ənənə halını alıb.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif  bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, dövlətimizin başçısının qətiyyəti və iradəsi ilə respublikamızın sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan regionların yeniləşən siması barədə məktəblilərdə əyani təsəvvür yaratmaqdır.

Tur-aksiya iştirakçıları zəngin təəssüratla artıq doğma məktəblərinə qayıdıblar. Lənkəran-Masallı-Astara bölgəsində səfərdə olmuş Yasamal məktəbliləri də  tədbirin rəngarəng, maraqlı, idman yarışları, müsabiqə və viktorinalarla zəngin olduğunu bildirirlər. Lənkəran şəhərində keçirilən ”Nə? Harada? Nə zaman?” intellektual yarışmada respublikamızın 9 rayonundan 70 komanda öz bilik və bacarığını nümayiş etdirib. İki turdan ibarət oyunda Yasamal məktəbliləri daha yaxşı intellekt nümayiş etdirərək I, II və III yerləri tutublar. Məktəblilər doğma kollektivə 3 kubok, medallarla və sertifikatlarla qayıdıblar.

Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Bakı Biznes Universitetinin təşəbbüsü ilə rayon məktəbliləri arasında “Ölkəmizi tanıyaq!” tur-aksiyasına həsr olunmuş yazı müsabiqəsi də maraqlı olub. Müsabiqə iştirakçıları əvvəlcə universitetin Heydər Əliyev Mərkəzi və kitabxanası ilə yaxından tanış olublar, ali təhsil ocağının fəaliyyəti haqqında məlumatlandırılıblar.

Sonra məktəblilərin tur-aksiyası barədə inşa-yazı müsabiqəsinə start verilmişdir. Bir saat ərzində yazılan inşa müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqədə birinci, ikinci və üçüncü yeri tutan şagirdlər qiymətli hədiyyələr və diplomlarla təltif olunublar. Fərqlənən digər 10 şagirdə isə Bakı Biznes Universitetinin sertifikatları təqdim edilib.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında