Gürcüstanlı professor Giuli Alasaniyaya OYU-nun fəxri doktoru diplomu təqdim edilmişdir

Fevralın 4-də Odlar Yurdu Universitetində (OYU) Gürcüstandakı Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru, professor Giuli Alasaniyaya OYU-nun fəxri doktoru diplomu təqdim olunmasına həsr edilmiş mərasim keçirilmişdir.
OYU-nun rektoru, Milli Məclisin deputatı, professor Əhməd Vəliyev mərasimdə çıxış edərək, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, qazandığı uğurlar və beynəlxalq əlaqələri haqqında danışmışdır.
Ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edən Ə.Vəliyev OYU ilə Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın yaranacağına və genişlənəcəyinə inamını bildirmişdir.
Sonra rektor Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin möhkəmlənməsində, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsində xüsusi xidmətlərinə görə Giuli Alasaniyaya OYU-nun fəxri doktoru adı verilməsi barədə universitetin Elmi Şurasının qərarını elan etmişdir.
Professor Giuli Alasaniyaya OYU-nun fəxri doktoru diplomu və mantiya təqdim olunmuşdur.
Mərasimdə çıxış edən Giuli Alasaniya, ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində əlaqələrin gələcəkdə daha da dərinləşəcəyinə əminliyini bildirmişdir. Gürcüstanlı qonaq bu ali təhsil müəssisəsinin fəxri doktoru adına layiq görülməsindən məmnun olduğunu söyləmiş, universitetin kollektivinə uğurlar arzulamışdır.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında