Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələr nümunəvi xarakter daşıyır

Azərbaycanda səfərdə olan Gürcüstan Universitetinin Himayədarlar Şurasının sədri, Qafqaz Dostluq Evinin rəhbəri xanım Giuli Alasaniya fevralın 4-də Milli Məclis sədrinin müavini Bahar Muradova ilə görüşmüşdür.
Görüşdə bildirilmişdir ki, Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrinin qədim tarixi vardır. Ölkələrimiz dost, qardaş və strateji tərəfdaşlığa malikdirlər. Xalqlarımız, dövlətlərimizin başçıları və onların xanımları arasındakı münasibətlərin yüksək səviyyədə olması bizə strateji hədəflərimizə çatmağımız üçün geniş imkanlar yaradır. Parlamentarilərimiz də əlaqələrimizin genişlənməsinə özünəməxsus töhfələr verir.
Görüş üçün təşəkkürünü bildirən qonaq Gürcüstan və Azərbaycanın daim yaxın dost ölkələr olduğunu diqqətə çatdırmışdır. O, ölkəsinin hər zaman Azərbaycanın dəstəyini hiss etdiyini xüsusi qeyd etmiş və buna görə minnətdarlıq etmişdir.
Sonra görüşdə ölkələrimiz arasında elm, təhsil, mədəni əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında