Gəncənin yeni yeraltı keçidləri

Gəncə böyüyür, əhalisi artır, park və xiyabanları, yeni tikililəri çoxalır, infrasrtukturu yenilənir. Təbii ki, bütün bunlar avtomobillərin daha intensiv olduğu ərazilərdə yeraltı keçidlərin tikilməsi zərurətini ortaya qoyur.

 Bu günlərdə piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə şəhərin mərkəzi hissəsində tikilən 2 yeraltı keçidin açılış mərasimi olub. Tədbirə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, ziyalılar, ictimaiyyət nümayəndələri və sakinlər qatılıblar.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin bu il noyabrın 10-da Nizami yurduna olan səfəri bütün gəncəliləri sevindirib. Şəhərdə dövlət başçısının iştirakı ilə 10-a yaxın müxtəlif obyektin  açılışının baş tutduğunu deyən Elmar Vəliyev xüsusi vurğulayıb ki, bütün bunlar cənab Prezidentimizin Gəncəyə və gəncəlilərə olan diqqət və qayğısının parlaq təzahürüdür. Gəncənin öz keçmişini qorumaqla müasirləşdiyini deyən şəhər rəhbəri hazırda icra olunan layihələr haqqında da danışıb və eyni zamanda, Prezident İlham Əliyevin göstərişinə əsasən 2018-ci ildə görüləcək işlər barədə məlumat verib.

Şəhər ziyalısı Vaqif Novruzov son zamanlarda Nizami yurdunda baş verən yeniliklərdən danışaraq Gəncə Dövlət Universitetinin əsas binasının qarşısında yerləşən keçidin istifadəyə verilməsini ətrafda yaşayan sakinlərlə yanaşı, bu ali məktəbin müəllim və tələbə kontingentini də ürəkdən sevindirdiyini vurğulayıb.

Tələbə Ayşən Novruzova Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində ölkədə, o cümlədən Gəncədə bütün istiqamətlərdə olduğu kimi gənclik, mədəniyyət və təhsil sahəsində olan inkişafın bütün gəncləri ruhlandırdığını bildirib.

Gəncə Dövlət Universitetinin tələbəsi Çinarə Hümbətova 7 il ərzində Nizami yurdunda baş verən dəyişikliklərin möhtəşəm olduğunu vurğulayaraq, təhsil aldığı ali təhsil müəssisəsinin tələbələri adından ölkə rəhbərinə öz minnətdarlığını bildirib.

Çıxışlardan sonra keçidlərin açılışını bildirən rəmzi qırmızı lent kəsilib.

Məlumat üçün qeyd edək ki, şəhərin Heydər Əliyev prospekti ilə Cavad xan və Həsən Əliyev küçələrinin kəsişməsində avtomobillərin və vətəndaşların təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə müvafiq olaraq 2 və 3 çıxışlı 2 yeraltı keçid istifadəyə verilib. Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsindəki 2 çıxışlı yeraltı keçidin uzunluğu 28 metr, eni 4 metr, hündürlüyü 4 metr olmaqla 650 kvadratmetrdir. Buraya qranit və mərmər döşənib, dekorativ işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılıb.

Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki 3 çıxışlı yeraltı keçidin uzunluğu 70 metr, eni 4,4 metr, hündürlüyü 3,7 metr olmaqla 1000 kvadratmetrdir. Burada da qranit və mərmərdən istifadə olunub, tavan dekorativ elementlərlə bəzədilib, eyni zamanda, dekorativ işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılıb.

Yeni yeraltı keçidlər şəhər sakinlərinin böyük razılığına səbəb olub.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında