Cənub bölgəsində təbii qaz alan kəndlərin sayı artır

Qarşıdan gələn qış fəsli ərəfəsində Lerik və Masallı rayonlarının daha bir neçə kəndinə “mavi yanacaq” verilib.

Lerikdə bu münasibətlə keçirilən tədbirdə təbii qaz verilən Murya və Əvilə kəndlərinin daxil olduğu Livədirqə kənd ərazi icra nümayəndəsi Davud Manafov qonaqları salamlayaraq 17 noyabr - Milli Dirçəliş Günü münasibəti ilə təbrik edib. O bildirib ki, qışqabağı günlərdə yerli əhalinin sevincinə səbəb olan bir tədbir də ölkə rəhbərliyinin məhz sosialyönümlü iqtisadi siyasətinin bariz göstəricisidir. Son illər Livədirqə kəndində yeni məktəb binasının  tikilməsi, Mastail kənd məktəbinin əsaslı təmiri, Mastail, Livədirqə və Murya kəndlərində yeni körpülərin inşası, elektrik xətlərinin SİP kabellərlə əvəzlənməsi, Əvilə kənd məktəbi üçün yeni binanın tikintisinə başlanması, Nüsomurya kəndində veteranlar evinin yaradılması sakinlər tərəfindən minnətdarlıqla xatırlanır. Bu gün isə evinə qaz çəkilən daha 152 ailənin sevinci hədsizdir.  

Sakinlər adından ağsaqqal Abbas Zaidov, təqaüdçü Əlirza Kərimov və Murya kənd tam orta məktəbinin direktoru Əhməd Əhmədov ürək sözlərini dilə gətiriblər. Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov və Milli Məclisin deputatı İqbal Məmmədov kənd sakinlərini təbrik edib, onlara tövsiyələrini çatdırıblar.  

Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbirdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində Azərbaycanın hər bir bölgəsində olduğu kimi, dağlar diyarı Lerikdə də geniş quruculuq-abadıq işləri həyata keçirilir. Bir neçə ay öncə məhz bu ərazidə - Mastail kəndinə təbii qaz verilmişdi. Bu günsə daha iki kənd “mavi yanacaq”la təmin olunur. Murya və Əviləyə 17250 metrdən çox müxtəlif diametrli borularla qaz xətti çəkilib. Belə sosialyönümlü layihələrin reallaşması bir daha sübut edir ki, ölkə rəhbərliyi respublikamızın hər bir bölgəsinə xüsusi diqqət və qayğı göstərir. Buna görə cənab Prezidentə  dərin minnətdarlığımızı bildiririk.

Sonda 60 abonenti olan Murya və 92 abonenti olan Əvilə kəndlərinə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

*  *  *

Masallı rayonu Xanalion kəndinə də təbii qazın verilməsi münasibəti ilə açılış mərasimi keçirilib.  

Rayonun Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrafil Əliyev tədbiri açaraq qonaqları salamlayıb və ərazidə həyata keçirilən quruculuq işlərindən danışıb. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında ölkə rəhbərliyinin  gündəlik diqqət və qayğısı ilə regionlarda nail olunan sosial-iqtisadi inkişafın geniş aspektlərinə diqqəti cəlb edib. Masallıda aparılan geniş tikinti-abadlıq  işlərindən, habelə ərazilərin sosial problemlərinin həllindən konkret faktlarla söhbət açılıb.  

Sonra sakinlərdən kənd ağsaqqalı Mirqasım Bağırov, ziyalı Dilarə Bəşirova, kənd sakini Sərraf Səfərov və başqaları çıxış edərək Sığdaş ərazisinə təbii qazın  verilməsinə görə hədsiz dərəcədə sevindiklərini bildirib,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq duyğularını ifadə ediblər. 

“Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov abonentləri təbrik edərək bildirib ki, Xanalion kəndinin qazlaşdırılması üçün 20 min metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilmiş, hər bir evdə fərdi qaz sayğacı quraşdırılmışdır. Kənddə 289 ailəyə təbii qaz verilmişdir.

Sonra kəndə “mavi yanacaq” verilişinin əlaməti olan rəmzi məşəl yandırılıb.  Qonaqlar  kənd sakini Nurəddin Bəşirovun evində çay süfrəsinə dəvət ediliblər. 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında