Ötən il Konstitusiya Məhkəməsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir

Fevralın 4-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində aparatın 2010-cu ildə fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir.
İclasda ötən il məhkəməyə daxil olmuş müraciətlər, sorğular və vətəndaşların şikayətləri ilə bağlı qəbul edilmiş qərar və qərardadlar barədə, habelə aparılmış təhlillər, analitik rəylər və arayışlar, Konstitusiya Məhkəməsinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti məsələləri müzakirə edilmişdir.
Aparatın müvafiq şöbələri və sektorlarının müdirlərinin hesabatları, aparatın rəhbər şəxslərinin çıxışları dinlənilmişdir.
İclasda hesabat ilində Konstitusiya Məhkəməsinə müraciət hüququndan istifadə edən subyektlər tərəfindən qanunvericilikdə mövcud olan ziddiyyətli məqamlarla bağlı hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsinə və bir sıra vacib hüquqi məsələlərə aid daxil olmuş müraciətlər və sorğular barədə məlumat verilmişdir.
Ötən il məhkəmələrdən daxil olmuş müraciətlər əsasında Konstitusiya Məhkəməsi Plenumunun 8 qərar qəbul etdiyi, hazırda bəzi müraciətlərin icraata qəbul olunmasının mümkünlüyü baxımından öyrənildiyi, ümumilikdə isə hesabat dövründə daxil olmuş sorğu, müraciət və şikayətlər əsasında Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 20 qərar və 6 qərardad qəbul edildiyi diqqətə çatdırılmışdır. Həmin qərarlarda hüquqi cəhətdən bir sıra ziddiyyətli məsələlərə və hüququn tətbiqində yaranan kolliziyalara ətraflı şərhlər və tövsiyələr verilmişdir.
Konstitusiya Məhkəməsinin sədri ötən il beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən tədbirlərdən danışaraq demişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş beynəlxalq konfrans yüksək səviyyədə keçirilmişdir. Fərhad Abdullayev beynəlxalq konstitusiya nəzarəti orqanlarının təcrübəsinin Konstitusiya Məhkəməsinin fəaliyyəti və ölkəmizin hüquq ictimaiyyəti üçün əhəmiyyətindən geniş şəkildə danışmışdır.
Sonra aparatın işçi qrupunun hesabat dövründəki fəaliyyəti, Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin müvafiq tapşırıqları ilə rəylərin hazırlanması, qanunvericilikdə mövcud boşluqların və ziddiyyətlərin aşkar olunması sahəsindəki işi müsbət qiymətləndirilmiş, struktur rəhbərləri qarşısında bir sıra vəzifələr qoyulmuşdur.
Fərhad Abdullayev, həmçinin yanvarın 27-də Prezident Administrasiyasında Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının iclasında dövlət orqanları qarşısında qoyulmuş tələblər və verilmiş təlimatları qeyd etmiş, vətəndaşların şikayət və ərizələrinin, habelə məhkəmələrdən daxil olan müraciətlərin daha da diqqətlə öyrənilməsi, məhkəmə hakimiyyətinə vətəndaşların etibarının artırılması, şikayətlərdə məhkəmə orqanlarına aid olan nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar vermişdir.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında