Katarijna Pisarska: "Polşa Azərbaycanı Avropanın ayrılmaz parçası hesab edir"

Ölkəmizdə səfərdə olan Polşanın Avropa Diplomatiya Akademiyasının direktoru, xanım Katarijna Pisarska Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olmuşdur.
SAM-dan bildirmişlər ki, elmi heyətlə görüşdə K.Pisarska rəhbərlik etdiyi Avropa Diplomatiya Akademiyasının fəaliyyəti, tədqiqat sahələri bərədə geniş məlumat vermişdir. Qonaq ölkəmizə səfərinin əsas məqsədlərindən birinin Azərbaycanın "beyin mərkəzləri" ilə münasibətlərin yaradılması və əməkdaşlıq perspektivlərini müzakirə etməkdən ibarət olduğunu vurğulamışdır.
Ölkələrimiz arasında münasibətlərdən danışan K.Pisarska, rəsmi Varşavanın Azərbaycanı Avropanın ayrılmaz parçası hesab etdiyini bildirmişdir. O, 2011-ci ilin iyulunda Polşanın Avropa İttifaqına sədrliyi dövründə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan ilə münasibətlərin inkişafının prioritet olacağını xüsusi vurğulamışdır.
Qonağa SAM-ın fəaliyyəti, ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən demokratik quruculuq prosesləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycanın mövqeyi barədə məlumat verilmişdir.
Görüşdə regional və beynəlxalq, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında