Azərbaycanın xarici işlər naziri Münhen konfransında iştirak edir

Fevralın 4-də Münhendə təhlükəsizlik siyasətinə dair növbəti üçgünlük konfrans işə başlayır. Konfransda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir.
Münhen konfransı 1962-ci ildən etibarən siyasi xadimlərin, yüksək vəzifəli diplomatların, hərbçilərin və beynəlxalq təhlükəsizlik sahəsində ekspertlərin hər il keçirilən görüş yeridir. Dünyanın ən mühüm qeyri-formal forumlarından biri sayılan Münhen konfransında beynəlxalq münasibətlərdə qüvvələr tarazlığına dair aktual siyasi problemlər, beynəlxalq hüquq və demokratik dünya nizamı sisteminin möhkəmləndirilməsi məsələləri müzakirə olunur. Hər il Münhendə 350-dən çox konfrans iştirakçısı təhlükəsizlik siyasəti ilə bağlı fikir mübadiləsi aparır, aktual beynəlxalq problemlərə dair baxışlarını uzlaşdırır. Forumda konkret qərarlar, işin yekunlarına dair hətta birgə rəsmi məlumat qəbul olunmasa da, Münhen konfransı fəaliyyət göstərdiyi illərdə aktual siyasi-iqtisadi problemləri həll edən əhəmiyyətli beynəlxalq foruma çevrilmişdir. Ekspertlərin fikrincə, təhlükəsizlik məsələləri üzrə Münhen konfransı beynəlxalq siyasət üçün ümumdünya Davos forumunun iqtisadiyyat üçün daşıdığı əhəmiyyəti daşıyır. Məhz buna görə onu bəzən Münhen Davosu adlandırırlar.

{nl}


Vüqar SEYİDOV, AzərTAc-ın xüsusi müxbiri
Münhen


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında