Suraxanı məktəblilərinin ölkənin qərb bölgəsinə ekskursiyası uğurla başa çatıb

Suraxanı rayonunun 40 nümunəvi şagirdinin noyabrın 16-19-da  Gəncə-Şəmkir-Göygöl istiqamətində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici  tur-aksiyası uğurla yekunlaşıb.

Məktəblilər üç gün ərzində Gəncə şəhərinin, eləcə də Göygöl və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı şagirdlərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında ətarflı məlumat verilib.

Rayondakı Heydər Əliyev Parkında həyata keçirilən qarşılanma mərasimində rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova çıxış edərək, Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə reallaşan tur-aksiya barədə deyib: “Dövlətimizin başçısı cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına böyük diqqət və qayğı göstərdikləri kimi, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili qayğısına da qalırlar. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası buna bariz nümunədir.

Rayonumuzun 40 nümunəvi şagirdi üç gün ərzində  bölgənin tarixi yerləri, maddi-mədəniyyət abidələri, eləcə də müasir tikililəri ilə tanış olub. Bu tur-aksiya şagirdlərdə zəngin təəssürat oyadıb. Buna görə ölkə rəhbərinə, Birinci vitse-prezidentə dərin minnətdarlığımızı bildiririk”.

Tur-aksiya ilə bağlı rayondakı 278 və  79 nömrəli tam orta məktəblərin şagirdləri Emil Xanalıyev və  Ləman Əliyeva da sevinclərini bölüşüblər.

Emil Xanalıyev: “Səyahətimiz maraqlı keçdi. Gəncə şəhəri, eləcə də Göygöl və Şəmkir rayonları çox  xoşuma gəldi. Bu bölgənin tarixi yerləri barədə ətraflı məlumat almaqla Vətənimizi daha da yaxşı tanıdıq. Burada bir məqamı da xüsusi vurğulamaq istərdim. Gəncə son illərdə xeyli inkişaf edib. Bu qədim şəhərin tarixi irsi qorunmaqla yanaşı, müasirliyinə də xüsusi diqqət yetirilib. Göygöl və Şəmkir rayonları da tərəqqi yolu ilə inamla addımlayır, sürətlə inkişaf edir. O yerlərə yenidən gedəcəyimə böyük ümid bəsləyirəm”.

Ləman Əliyeva: “Gəncə-Şəmkir-Göygöl marşrutu ilə ölkəmizin qərb bölgəsinə təşkil edilən tur-aksiya zəngin təəssüratla başa çatdı. Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olduq. Keçirilən intellektual oyunlar, müxtəlif viktorinalar uzun müddət yaddaşımızdan silinməyəcək.  Ümumiyyətlə, bu tur-aksiya biz məktəblilərin həyatında mühüm hadisə olaraq heç zaman unudulmayacaq. Bizim bu regionla tanışlığımız biliklərimizi daha da zənginləşdirdi. Belə bir imkan yaratdığına görə, dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk”.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında