Azərbaycan prokurorluğu Avropa hüquq təcrübəsinin öyrənilməsini prioritet vəzifə kimi qəbul etmişdir

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntu de Moron fevralın 3-də baş prokuror Zakir Qaralovla görüşmüşlər.
Yanvar ayında Avropa Şurasında üzvlüyünün 10 illiyini qeyd etmiş Azərbaycanın bu təşkilatla faydalı əməkdaşlığının əhəmiyyətini vurğulayan Z.Qaralov, son illərdə ölkəmizin həyatında baş vermiş mütərəqqi dəyişikliklər və prokurorluq orqanlarında həyata keçirilmiş islahatlar barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi istiqamətində görülmüş ardıcıl və məqsədyönlü tədbirlər sayəsində müsbət nəticələr əldə edilmişdir.
Fəaliyyətini qanunla müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunması, ədalət mühakiməsinin həyata keçirilməsinin təmin edilməsi istiqamətində təşkil edən Azərbaycan prokurorluğu Avropa hüquq təcrübəsinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsini prioritet vəzifə kimi qəbul etmiş, yeni standartların tətbiqi sahəsində xeyli işlər görmüşdür. Prokurorluq öz səlahiyyətləri çərçivəsində nüfuzlu beynəlxalq təsisatlar, eyni zamanda, ölkənin qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin digər institutları ilə geniş formatda əməkdaşlığı davam etdirir, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində zəruri tədbirlər görür.
Avropa Şurası ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən həmməruzəçilər son illərdə ölkəmizin siyasi və iqtisadi həyatında əldə olunmuş uğurları yüksək qiymətləndirmiş, həmçinin dövlətimizin Avropa Şurasına qəbul olunması zamanı üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətindən razılıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, bütün məsələlər bərabərhüquqlu dialoq və səmimi əməkdaşlıq formatında həll edilməlidir. Ötən 10 ildə Azərbaycanın bu sahədə gördüyü işlər nikbinliyə əsas verir və bundan sonra da qarşılıqlı və faydalı əməkdaşlıq üçün böyük perspektivlər açır.
Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında