Qışa hazırlıq günün aktual vəzifələrindəndir

Qışda Bakıda havanın mülayim və ya sərt keçməsindən asılı olmayaraq, paytaxtın enerji daşıyıcıları və istiliklə təmin edən təsərrüfat infrastrukturunun yüksək hazırlıq vəziyyətində olması günün ən vacib məsələlərindən birinə çevrilmişdir. Xətai rayonunun müvafiq strukturlarının qışa hazırlığının hansı səviyyədə olması və mövcud problemlərin dərhal aradan qaldırılması ilə bağlı rayon icra hakimiyyətində geniş müşavirə keçirildi.

Xətai Rayon İcra Hakimiyyəti aparatının, Mənzil-Kommunal Təsərrüfat Birliyinin, “Azəristiliktəchizat” ASC-nin və enerji daşıyıcılarının təminatı ilə məşğul olan xidmət idarələrinin məsul əməkdaşlarının iştirakı ilə keçən toplantını icra hakimiyyəti başçısının müavini Teymur Əzizov açaraq, qış mövsümündə rayon ərazisində istilik enerjisi təchizatının təşkili və keyfiyyətinin yüksəldilməsi, çoxmənzilli yaşayış binalarının, uşaq bağçalarının, dövlət və sosial obyektlərin istiliklə, elektrik enerjisi və qazla normal təmin edilməsi, mövcud problemlər və görülmüş işlər barədə geniş məlumat verdi.

  Qeyd olundu ki, 2017-2018-ci illərin qış mövsümünə hazırlıqla əlaqədar rayonun kommunal xidmət sahələri tərəfindən rayon ərazisindəki yaşayış binalarının və sosial obyektlərin fasiləsiz elektrik enerjisi, təbii qaz, su, həmçinin, istiliklə təmin edilməsi, eləcə də, yeraltı mühəndis-kommunikasiya xətlərinin yoxlanılması, yağış suları qəbul edən kanalizasiya quyularının təmizlənməsi, küçə, həyət və parkların normal işıqlandırılmasını təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilmişdir.

Qış mövsümünün prioritet məsələlərindən biri rayon ərazisindəki 40 məktəb, 31 bağça, 6 poliklinikanın, 537 çoxmənzilli yaşayış binasının normal istiliklə təchiz olunmasıdır. Ona görə də “Azəristiliktəchizat” ASC-nin rayon üzrə fəaliyyət göstərən istilik sistemləri istismar sahələri tərəfindən qış mövsümündə işləməsi nəzərdə tutulan 27 qazanxana, 36 istilik məntəqəsi və 1 yüksəldici nasos stanisiyasında cari profilaktik təmir işləri başa çatdırılaraq tam hazır vəziyyətə gətirilmişdir. Qazanxanalardakı nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmişdir. Magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və qış mövsümündə problem yarada biləcək istilik xətlərinin yeni xətlərlə əvəz olunması işləri yekunlaşdırılmışdır.

Müşavirədə ayrı-ayrı xidmət sahələrinin rəhbərləri də qış mövsümünə hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verdilər. Qaz təsərrüfatının rəhbəri qeyd etdi ki, əhalinin mövsüm boyu fasiləsiz təbii qazla təchiz olunması məqsədilə 35 min metr yeni qaz xətti çəkilmiş, istismarını başa vurmuş qaz xətləri ləğv edilmişdir. Əhmədli qəsəbəsində 8 min nmetr yeni qaz xətti çəkilmiş, 3 min qaz sayğacı quraşdırılmışdır.

Sakinlərin sabit elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı məlumatda isə bildirildi ki, Xətai rayonu enerji təchizatı və satışı idarəsi tərəfindən 8 min 500 metr yeni kabel xətti çəkilmiş, 6 min 500 metr kabel xətti təmir olunmuşdur.

Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Əvəz İsmayılov qış mövsümünə hazırlıqla bağlı öhdələrinə düşən vəzifələrin uğurla icra edildiyini diqqətə çatdıraraq bildirdi ki, qış mövsümündə dəm qazından boğulma hallarının baş verməməsi üçün 2017-ci ildə 2 minə yaxın tüstü bacası və havasorucu kanal təmizlənmiş, 23 binanın dam örtüyü və digər konstruktiv elementləri əsaslı təmir olunmuşdur. Hazırda daha 21 yaşayış binasının dam örtüyünün təmiri işləri həyata keçirilməkdədir.

Müşavirəyə yekun vuran icra başçısının müavini ayrı-ayrı xidmət sahələrinin rəhbərlərinə qış mövsümündə qarşıda duran vəzifələrin yüksək səviyyədə və vaxtında yerinə yetiriməsilə bağlı rayon icra hakimiyyəti başçısının tösiyyə və tapşırıqlarını çatdırdı.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında