Azərbaycan ilə Liviya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov bu ölkədəki Sirt Universitetinin rektoru doktor Məhəmməd Əbdülhəmid Əbdürrəhman ilə görüşmüşdür.
Səfirlikdən bildirmişlər ki, görüşdə diplomat Azərbaycanın coğrafiyası, tarixi və mədəniyyətindən ətraflı danışmışdır. A.Şükürov ölkəmizin zəngin təbii sərvətlərə, strateji mövqeyə malik, əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət, türkdilli, dünyəvi və mütərəqqi bir dövlət olduğunu rektorun diqqətinə çatdırmışdır.
Bundan əlavə, səfir Azərbaycan rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səyləri barədə məlumat vermişdir.
A.Şükürov ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, iqtisadi inkişafından, eləcə də regionda siyasi və iqtisadi cəhətdən lider dövlət kimi tanınmasından danışmışdır.
Səfir vurğulamışdır ki, Liviyada Azərbaycan səfirliyinin açılması ölkələrimiz arasında əlaqələrin inkişafı üçün mühüm addımdır. Azərbaycan ilə Liviya arasında bütün sahələrdə dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi vacibdir.
Görüşdə, həmçinin Azərbaycan ilə Liviya arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanmış, hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.
Sonda A.Şükürov Sirt Universitetinin rektoru M.Ə.Əbdürrəhmana Azərbaycan həqiqətlərini əks etdirən kitablar təqdim etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında