Tikinti sahəsində çalışan muzdlu işçilərin orta aylıq əməkhaqqı 793 manata bərabərdir

2017-ci ilin yanvar-sentyabr aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,9 min nəfər təşkil etmiş, onların 53 min nəfəri binaların tikintisində, 24,9 min nəfəri mülki təyinatlı inşaat işlərində, 25 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışmışdır.

Dövlət Statistika Komitəsindən verilən məlumatda deyilir ki, işçilərin 27,2 faizi dövlət, 72,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olmuşlar.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı 793,4 manata bərabərdir. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 901,3 manat, dövlət sektorunda isə 525,9 manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində orta aylıq nominal əmək haqqı 14,1 faiz azalmış, binaların tikintisində işləyənlərin orta aylıq nominal əmək haqqı 5 faiz, mülki təyinatlı inşaat işlərində çalışanlarınkı isə 11,1 faiz artmışdır.

Samirə ƏLİYEVA,
 “Xalq qəzeti”      

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında