Azərbaycanda ailə, qadın və uşaq problemlərinin həlli sahəsində reallaşdırılan dövlət siyasəti yüksək qiymətləndirilmişdir

Fevralın 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin anası, professor Giuli Alasaniyanın başçılıq etdiyi "Gürcüstan-Azərbaycan dostluq evi" İctimai İttifaqının üzvləri ilə görüşmüşdür.
Görüşdə qadın və uşaq problemlərinin həlli sahəsində Azərbaycan-Gürcüstan əməkdaşlığının perspektivləri müzakirə olunmuşdur.
H.Hüseynova bu günlərdə AQUPDK-nın yaradılmasının 5 illiyinin tamam olduğunu qeyd edərək, ötən müddətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir. Komitə sədri Prezident İlham Əliyevin Azərbaycanda ailə, qadın və uşaq problemlərinin həllinə xüsusi diqqət yetirdiyini diqqətə çatdırmışdır. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu istiqamətdə fəaliyyətinin əhəmiyyəti nəzərə çarpdırılmışdır.
H.Hüseynova digər ölkələrlə, xüsusilə də Gürcüstanla ailə, qadın və uşaq problemlərinin həlli sahəsində qarşılıqlı faydalı təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini qeyd etmişdir.
Giuli Alasaniya Azərbaycanda ailə, qadın və uşaq problemlərinin həlli sahəsində reallaşdırılan dövlət siyasətini yüksək qiymətləndirmiş, cəmiyyətin həyatında qadınların iştirakının artırılmasının əhəmiyyətini vurğulamışdır.
Bu sahədə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi mövzusunda geniş fikir mübadiləsi aparılmış və qonağı maraqlandıran bir çox məsələlərə aydınlıq gətirilmişdir.
Görüşdə G.Alasaniyaya səmərəli fəaliyyətinə görə AQUPDK-də təsis edilmiş medal təqdim olunmuşdur.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında