AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana səfərlərinin yekunları ilə bağlı mətbuat konfransı keçirmişlər

Fevralın 3-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ölkəmizə səfərlərinin yekunları ilə bağlı mətbuat konfransı keçirmişlər.
Həmməruzəçilər üç günlük səfər müddətində Azərbaycan rəsmiləri, siyasi partiyaların təmsilçiləri, həmçinin Sumqayıtda yerli təşkilatların nümayəndələri ilə olduqca məhsuldar görüşlər keçirdiklərini bildirmişlər. Qeyd etmişlər ki, Azərbaycan AŞPA-ya üzv olarkən qurum qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirir.
Pedro Aqramunt de Mora və Jozef Debono Qrex, həmçinin Azərbaycanın bəzi müxalifət partiyalarının qeyri-səmimiliyindən təəssüfləndiklərini bildirmişlər.
Azərbaycanda görülən işləri müsbət qiymətləndirən həmməruzəçilər obyektiv, qərəzsiz, demokratik məruzə hazırlayacaqlarını bildirmişlər.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında