Səbailli məktəblilər qədim Gəncəyə yola salınmışdır

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Səbail rayonunun təhsildə, idmanda və ictimai həyatda fərqlənən 40 məktəblisi
Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə bölgə ilə tanışlıq səfərinə çıxmışdır.

Bu münasibətlə Səbail RİH-də məktəblilərin valideynlərinin, müəllimlərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə yolasalma mərasimi təşkil olunmuşdur. Əvvəlcə iştirakçılar RİH-in dəhlizində ümummilli lider Heydər Əliyevin büstü önünə tər güllər düzmüş, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Səbail RİH başçısının müavini Abit Əliyev Prezident İlham Əliyevin yeritdiyi siyasət nəticəsində həyatın bütün sahələrində qazanılan misilsiz nailiyyətlərin gənc nəslin hərtərəfli inkişafına əlverişli şərait yaratdığını bildirmişdir.

Səbail RİH-in şöbə müdiri müavini İsrafil Kərimov rayonda son 4 ildə təşkil olunan tur-aksiyalar barədə məlumat verərək qeyd etmişdir ki, ötən müddətdə 230 məktəbli Lənkəran-Masallı-Astara, Naxçıvan və Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə gəzintidə olmuşdur. Budəfəki səfərlə bağlı bütün təşkilati məsələlər həll olunmuşdur, şagirdləri 4 müəllim və 1 həkim müşayiət edir.

189-190 saylı orta məktəbin direktoru, Əməkdar müəllim Ceyran Quliyeva, 163 saylı orta məktəbin şagirdi Aysel Əliyeva, 91 saylı orta məktəbin şagirdi Taleh Əhmədov, valideyn Emiliya Mustafayeva bildirmişlər ki, bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından olduqca faydalıdır.

Tur-aksiya iştirakçıları 4 gün ərzində Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi və görməli yerləri ilə tanış olacaq, Hacıkəndə və Göygöl Milli Parkına ekskursiya edəcəklər.

T.AYDINOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında