AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Ədliyyə Nazirliyində olmuşlar

Fevralın 3-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Moran və Jozef Debono Qrex ilə görüşmüşdür.
Nazirlikdən bildirmişlər ki, qonaqlar ölkəmizin Avropa Şurası qarşısında öhdəliklərinin icrasına dair hesabatın hazırlandığını qeyd etmiş, bu sahədə görülən işlər və islahatlarla maraqlanmış, Bakı yeni istintaq təcridxanasına baş çəkmək üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Konstruktiv və açıq dialoq mühitində keçirilmiş görüşdə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, o cümlədən hakimliyə namizədlərin ən mütərəqqi qaydalarla seçimi, hakimlərin sayının 2 dəfə artırılması, icra qanunvericiliyinin təkmilləşdirilməsi, humanizm siyasətinin ardıcıl həyata keçirilməsi, İnsan hüquqları üzrə Avropa Məhkəməsi ilə uğurlu əməkdaşlıq, presedent hüququnun öyrənilməsi və tətbiqi, qərarlarının icrası barədə məlumat verilmişdir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında