Suraxanıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında şuranın üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər, veteranlar, ictimaiyyət nümayəndələri və tur-aksiyanın iştirakçıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edib Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar, ümummilli liderin zəngin irsinin, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədilə Mərkəzin sifarişi ilə hazırlanan “Xilaskar” filmini izləyiblər. 

Sonra elektron lektoriya zalında Suraxanı məktəblilərinin “Ölkəmizi tanıyaq” tur-aksiyalarda  iştirakından bəhs edən videoçarx nümayiş olunub.  

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov  Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan maarifləndirici tur-aksiyaların keçirilməsinin gözəl ənənə halı aldığını diqqətə çatdırıb. Ötən 4 il ərzində 7 istiqamət üzrə 7 tur-aksiya təşkil edildiyini xatırladıb. Başçı, eyni zamanda, ölkə rəhbərinin gənc nəslin tərbiyəsinə, onların savadlı, vətənpərvər böyüməsinə və fiziki inkişafına yetirdiyi diqqət və qayğıdan danışıb, belə turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb. İ. Abbasov bildirib ki, doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından bu maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.

Suraxanı rayonunun 40 nümunəvi şagirdi noyabrın 16-19-da  Gəncə-Şəmkir-Göygöl istiqamətində səfər edəcəklər. Onlar qədim Nizami yurdu olan Gəncənin, Şəmkirin, Göygölün yeni xəritəsində öz əksini tapan müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, yaraşıqlı prospektləri, park və xiyabanları, sosial-iqtisadi və mədəni həyatı, Gəncə şəhərinin tarixi məkanları – Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamamı, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsi ilə tanış olacaqlar.

Tədbirdə YAP rayon təşkilatının sədri Vüqar Seyidov, 232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova, ötən ildəki tur-aksiyanın iştirakçısı 85 nömrəli məktəbin şagirdi Aydan Şərifzadə, Bülbülə qəsəbə ağsaqqallar şurasının sədri Mirzəağa Quliyev, valideyn Vüsalə Vəliyeva, 281 nömrəli məktəbin tur-aksiya iştirakçısı Şəbnəm Bağırova çıxış edərək gənc nəslin tərbiyəsinə, onların savadlı, vətənpərvər böyüməsinə və fiziki inkişafına göstərdiyi diqqətə və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Gəncə şəhərinə yola düşüblər.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında