Nəsimi məktəbliləri Cənub bölgəsindən zəngin təəssüratla qayıtmışlar

Xəbər verdiyimiz kimi, Bakının Nəsimi rayonu məktəblərinin yuxarı siniflərində təhsil alan 40 şagirddən ibarət heyət Prezident İlham Əliyevin tapşırığına əsasən tətil günlərində təşkil olunan ənənəvi “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 11-dən 14-dək cənub bölgəsində səfərdə olmuşlar.

Paytaxtdakı Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarətlə başlayan tur-aksiyanın iştirakçılarını ictimaiyyət təmsilçiləri təntənə ilə yola salmışlar. Yeniyetmə səyyahları Lənkəranda da ulu öndərin adını daşıyan parkda çal-çağırla qarşılamışlar. Nəsimi məktəbliləri ulu öndərin abidəsi önünə gül dəstələri düzmüş, Heydər Əliyev Mərkəzində böyük rəhbərin nəsillərə örnək ömür yoluna işıq salan eksponat və fotoşəkillərə baxmışlar.

“Xanbulan” istirahət mərkəzi, Hirkan milli parkı, sitrus meyvə bağları, çay plantasiyaları, “Qoşa Qala qapıları”, “Mayak”, “Dairəvi qala” abidələri, Bayraq meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, Qəhrəman Həzi Aslanovun Ev-muzeyi, Gənclər mərkəzi ilə tanışlıq məktəblilərə Lənkıranın dünəni və bugünü ilə bağlı ətraflı bilgi vermişdir. Astara və Masallı rayonlarının turizm marşrutlarında, istirahət və əyləncə guşələrində keçən günlər də unudulmaz təəssürat yaratmış, sagirdlərin cənub bölgəsi barədə təsəvvürlərini dolğunlaşdırmışdır.

Səfərdən geri dönən qrup Nəsimi Rayon İcra Hakimiyyətində təntənə ilə qarşılanmışdır. Tur-aksiya iştirakçıları ilə RİH-in “dəyirmi masa” salonunda keçirilən görüşdə məktəblilər səfər təəssüratlarını rayon rəhbərliyi, valideynləri və müəllimləri ilə bölüşmüş, biliklərə daha dərindən yiyələnəcəklərini, Vətənimizə layiq övladlar olacaqlarını söyləmişlər.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə ardıcıl təşkil olunan "Ölkəmizi tanıyaq" turlarının önəmindən söhbət açmış, rayonu indiki aksiyada uğurla təmsil edən şagirdləri təbrik etmiş, onlara təhsildə və ictimai işlərdə nailiyyətlər arzulamışdır.

Görüşdə məktəblilərin qədim tarix və gözəlliklər məskəni olan yurdumuzun hər bucağını görüb-tanımasında, vətənpərvərlik ruhunda tərbiyəsində "Ölkəmizi tanıyaq" aksiyasının çox gərəkli olduğu vurğulanmışdır.

Valideynlər övladlarının təlim-tərbiyəsinə göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında