Azərbaycan Avropa ideallarına sadiqliyini real addımlarla nümayiş etdirir

Fevralın 3-də Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşmüşdür.
Milli Məclisin sədri demişdir ki, Azərbaycan Avropa Şurası və onun Parlament Assambleyası ilə əməkdaşlığın inkişafına son dərəcə böyük əhəmiyyət verir. Biz Azərbaycanda demokratik təsisatların inkişafında və demokratik proseslərin dərinləşməsində AŞPA-nın rolunu əhəmiyyətli hesab edirik.
O.Əsədov demişdir ki, Avropa dəyərləri Azərbaycanda dövlət və cəmiyyət həyatının bütün sahələrinə nüfuz etmişdir. Bu il ölkəmiz quruma üzv olmasının 10 illiyini qeyd edir. Ötən dövrdə Azərbaycan Avropa ideallarına sadiqliyini real addımlarla nümayiş etdirmişdir. İndiyədək ölkəmiz Avropa Şurasının 49 sənədinə qoşulmuş və onları milli qanunvericilik sisteminə daxil etmişdir. Azərbaycan təşkilat qarşısında götürdüyü öhdəliklərə həmişə hörmətlə yanaşmış və onları sistemli şəkildə həyata keçirmişdir. Bu öhdəliklərin böyük əksəriyyəti artıq yerinə yetirilmişdir.
Biz gələcəkdə də təşkilatın müvafiq qurumları ilə əlaqələrimizi davam etdirmək niyyətindəyik. İnanırıq ki, AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərinin ölkəmizə budəfəki səfəri Azərbaycan haqqında ədalətli və qərəzsiz fikrin formalaşmasına öz müsbət təsirini göstərəcəkdir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Pedro Aqramunt de Mora nümayəndə heyətinin üzvləri barədə Milli Məclisin sədrinə məlumat vermişdir. O demişdir ki, səfərin məqsədi Azərbaycandakı ictimai-siyasi vəziyyəti yerində öyrənmək, ölkəmiz haqqında obyektiv informasiya almaq üçün maraqlı tərəflərlə fikir mübadiləsi aparmaqdır.
Qonaq Azərbaycandakı inkişafı yüksək qiymətləndirərək təmsil etdiyi təşkilatın ölkəmizdə demokratik təsisatların daha da möhkəmlənməsi işinə dəstək vermək niyyətində olduğunu vurğulamışdır.
Qonaqları maraqlandıran suallar cavablandırılmış, ölkəmizdə demokratik proseslərin daha da dərinləşməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında