Avropa Şurası Parlament Assambleyasının qış sessiyası Azərbaycan üçün əhəmiyyətli olmuşdur

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası Azərbaycan üçün xüsusilə əhəmiyyətli olmuşdur. Azərbaycanın Avropa Şurasına üzv olmasının 10 illiyi qeyd edilmiş, 2005-ci ildə qəbul olunan 1416 saylı qətnaməyə müvafiq surətdə AŞPA-da Dağlıq Qarabağ üzrə alt komitə yenidən fəaliyyətə başlamışdır. Bununla yanaşı, ötən il noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı məruzə dinlənilmişdir.
Bu fikirlər Azərbaycanda səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt de Moranın fevralın 3-də Milli Məclisdə Azərbaycanın bu qurumdakı nümayəndə heyəti ilə görüşündə səslənmişdir.
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu günlərdə həmməruzəçilərlə Strasburqda təşkilatın qış sessiyası çərçivəsində keçirdikləri görüşü xatırlatmışdır. Bildirilmişdir ki, həmməruzəçilərin Azərbaycan üzrə obyektiv, qərəzsiz məruzə hazırlayaraq Avropa Şurasına çatdırmaları üçün geniş imkanlar vardır. AŞPA-dakı Azərbaycan nümayəndə heyəti də həmməruzəçilərə hər cür yardım göstərməyə hazırdır.
Pedro Aqramunt de Mora Azərbaycana səfərlərinin təşkili üçün AŞPA-dakı Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirmişdir.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, qondarma siyasi məhbus məsələsi, eləcə də tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında