Gənc nəsil Vətənə məhəbbət ruhunda tərbiyə olunur

Sumqayıtın bir qrup məktəblisi “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən maarifləndirici tur-aksiyaya qoşulub. Şəhər ümumtəhsil məktəblərinin 40 şagirdindən ibarət qrup noyabrın 11-də Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola düşüb.

AZƏRTAC xəbər verir ki, Sumqayıtdakı Heydər Əliyev Mərkəzinə toplaşan məktəblilər əvvəlcə burada ümummilli liderin büstü önünə tər güllər düzüb, dahi rəhbərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra mərkəzin akt zalında aksiya iştirakçılarının yolasalma mərasimi təşkil edilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Milli Məclisin deputatı Tahir Mirkişili, ikinci qrup Qarabağ müharibəsi əlili Sahib Şamilov, ağsaqqallar şurasının sədri Müzəffər Gülümov, valideyn Aytən Gəncəliyeva çıxış ediblər.

Qeyd olunub ki, tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaq. Bildirilib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədi gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.

“İstedad” liseyinin X sinif şagirdi, aksiya iştirakçısı Nicat
Alxanov böyük həvəslə səyahətə hazırlaşdığını, maraqlı təəssüratların astanasında olduğunu bildirib. O, belə bir tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə məktəblilər adından minnətdarlığını ifadə edib.

Tur-aksiya iştirakçıları dörd gün ərzində Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və “Nəfis çörək zavodu”na, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər.

Ekskursiyaya yola düşən şagirdlərin əhval-ruhiyyəsi olduqca yüksək idi. Məktəbliləri 4 müəllim və 1 həkim müşayiət edir. Xüsusi geyimdə olan tur-aksiya iştirakçılarını aparan avtobus Gəncə istiqamətində yola düşüb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında