Kürdəmirdə “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş

Kürdəmir rayonunun Heydər Əliyev Mərkəzində orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə təşkil olunan maarifləndirici tur-aksiyaya yola salınması münasibətilə tədbir keçirilib.

Tədbirə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar və ziyalılar, məktəb direktorları, valideynlər, veteranlar və ictimaiyyət nümayəndələri və tur-aksiya iştirakçıları toplaşmışdılar.

Əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdilər. Sonra çıxış edən şəhər 1 saylı tam orta məktəbin müəllimi Zahirə Əsgərova, tur-aksiya iştirakçısı, şəhər 1 saylı tam orta məktəbin şagirdi Elçin Kərimov, valideyn Zülfiyyə Mahmudova “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov tədbirdə çıxış edərək vurğuladı ki, artıq dördüncü ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin iştiraki ilə “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalar təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar artıq ənənə halı alıb. “Ölkəmizi tanıyaq” layihəsinin əsas məqsədi şagirdləri müxtəlif bölgələrin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Ötən müddətdə ildə iki dəfə olmaqla “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın şagirdlərimizin dünyagörüşünün formalaşmasında, bilik səviyyələrinin artmasında, ölkəmizi daha yaxından tanımasında çox böyük əhəmiyyəti vardır,–deyən Ceyhun Cəfərov qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın bugünkü nailiyyətlərini, ölkə Prezidenti İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın simasını görmək gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyə olunmasında çox böyük rol oynayır. İrimiqyaslı kontraktlar, çoxlarının həyata keçəcəyinə şübhə ilə baxdığı layihələr, idman oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın daim artan gücünü, qüdrətini bütün dünyaya bir daha göstərdi. Möhtərəm ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafını daim nəzarətdə saxlayır, ekologiyanın qorunmasına diqqət yetirir, hər il ölkə vətəndaşlarını pulsuz müayinəyə cəlb edir, şəhid və əlil ailələrinə, qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara dövlət qayğısı göstərirlər. Bu bir həqiqətdir ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edən şagirdlər ayrı-ayrı bölgələr haqqında zəngin məlumata yiyələnəcəklər. Bu gün məktəblilərimiz Qəbələ, Şəki və Zaqatala rayonlarına gedəcəklər. Onlar orada bu bölgənin ayrı-ayrı tarixi yerlərini gəzəcək, görülən işlərlə tanış olacaqlar.

Şagirdlərimiz, eyni zamanda, müasir turizm infrastrukturu olan Qəbələdə “Tufandağ” Xizəkçilik Kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkəcəklər. Zəngin Şəki mətbəxi, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan Sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi, Zaqatalanın gözəl təbiəti, tarixi abidələri tur-aksiya iştirakçılarında zəngin təəssürat oyadacaqdır.

Tur-aksiya iştirakçıları Ümummilli liderin adını daşıyan parkdan Qəbələ, Şəki və Zaqatala rayonlarına yola düşdülər.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında