Zaqatalada silsilə tədbirlər

Zaqatala rayonunda 12 noyabr Konstitusiya və 17 noyabr Milli Dirçəliş günləri ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Heydər parkında ulu öndərin  xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər. Sonra Dağlı kəndində şəhid Milli Qəhrəman Natiq Məmmədovun ailəsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilən, Üçüncü Tala və Fındıqlı kəndlərində isə qaçqın düşərək rayonda məskunlaşmış mesxeti türkləri üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən tikilmiş fərdi yaşayış evlərinin açılış  mərasimlərində iştirak etmişlər. Mərasimdə mənzil alan mesxeti türkləri və şəhid ailəsinin nümayəndəsi çıxış edərək dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmiş, dövlət qayğısını  və dəstəyini daim hiss etdiklərini xüsusi vurğulamışlar. Mesxeti türklərinə açarları təqdim olunan fərdi yaşayış evlərinin ikisi Üçüncü Tala kəndində, dördü isə Fındıqlı kəndində tikilmişdir.  

Daha sonra tədbir iştirakçıları şəhərin mərkəzində yerləşən Bayraq dairəsi ətrafında toplaşmışlar.

Burada rayon rəhbəri qarşıdan gələn 12 noyabr Konstitusiya və 17 noyabr Milli Dirçəliş günləri ilə əlaqədar rayon ictimaiyyətini təbrik etmiş, bu iki əlamətdar günün müasir Azərbaycan dövlətinin tarixindəki mahiyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Tədbirdə çıxış edən digər natiqlər müstəqil, azad bir ölkədə yaşadıqlarından qürur duyduqlarını bildirmiş, bu müstəqilliyin nələrin bahasına əldə olunduğunu rayon ictimaiyyətinə xatırlatmışlar. Natiqlər, bu gün düşmən tapdağı altında qalmış torpaqlarımızda üç rəngli bayrağımızın dalğalanması üçün hər kəsi Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırmışlar.

 Sonra meydana üçrəngli Azərbaycan bayrağının gətirilməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Tədbir hərbçilərin, idmançıların və gənclərin Dövlət bayrağı önündən təntənəli keçidi ilə yekunlaşmışdır.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında