Bayrağımız kimliyimiz, mənliyimiz və qürur mənbəyimizdir

9 Noyabr Bayraq Gününə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Bayrağımız kimliyimiz, mənliyimiz və qürur mənbəyimizdir” adlı ümumrayon şənliyi keçirilmişdir.

Mərasimin əvvəlində dəvlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan müqəddəs bayrağımız hərbi orkestrin ifasında təntənəli marşın və salondan qopan alqışların müşayiəti ilə səhnəyə gətirilmiş, Dövlət himnimiz səsləndirilmişdir.

Sonra iştirakçılar ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Dövlət bayrağına sevgi-sayğılarını, Nəsimi Rayon İcra Hakimiyyətinin 9 Noyabr Bayraq Günü ərəfəsində Tərtər rayonundakı “N” saylı hərbi hissədə keçirdiyi şənlikdən fraqmentləri əks etdirən “Bayrağımız kimliyimiz, mənliyimiz və qürur mənbəyimizdir” adlı videoçarxa maraqla tamaşa etmişlər. Bayraq elemetlərini əks etdirən geyimlərlə məktəblilərin salona daxil olması hamıda xoş ovqat yaratmışdır.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Dövlət Bayrağı Günü münasıbətilə rayon əhalisini səmimi təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Rayon rəhbəri qeyd etmişdir ki dünyanın ən yüksək bayraq dirəyi sayılan, Ginnesin rekordlar siyahısına düşən Azərbaycanın Dövlət Bayrağı Meydanında ucaldılması bayrağımıza böyük sevgimizi əks etdirir, hər birimizdə sonsuz öyünc yaradır.

Dövlət Bayrağı Günü də ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunur. Üçrəngli bayrağımız bütün dünyada müstəqil dövlətimizi, milli kimliyimizi tanıdır. Bu bayraq qələbələrimizin başı üştündə dalğalanır, daim milli qürurumuzu yüksəldir. Dünənimizi və bugünümüzü əks etdirən bayrağımız müstəqilliyimizin yollarına da nur saçır, bizi yeni uğurlara yönləndirir.

Bayram sənliyinin davamında tanınmış qiraət ustası, Əməkdar artist Ağalar Bayramovun ifasında “Azərbaycan bayrağı ” şeiri mərasim iştirakçılarını duyğulandırmış, “Natıq” ritm qrupunun ünlü tarixi-mədəni dəyərlərimizi əks etdirən videokadrlarla müşayiət olunan çıxışı salona yüksək coşğu gətirmişdir. Naxçıvanın Əməkdar artisti Ehtiram
Hüseynovun və rəqs kollektivlərinin ifaları da bayram əhvalını yüksəltmişdir.

Şənlikdə Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə hazırlanmış, Elvin Orucovun musiqi tərtibatı verdiyi, Sevil və Sevinc bacılarının ifa etdikləri “Azərbaycan bayrağı” klipi ilk dəfə bayram iştirakçılarına təqdim olunmuşdur.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında