"Bakıelektrikşəbəkə"də Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya tərəfindən verilmiş tapşırıqlardan irəli gələn vəzifələr müzakirə edilmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilən iclasında verilmiş tapşırıqlardan irəli gələn vəzifələr "Bakıelektrikşəbəkə" ASC-də müzakirə edilmişdir.
"Bakıelektrikşəbəkə" ASC idarə heyətinin sədri B.Rzayev çıxışında dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdırmış, mərkəzi və yerli strukturlarda abonentlərin haqlı narazılıqlarına səbəb olan mövcud mənfi halların, o cümlədən vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması üçün ciddi tədbirlər görülməsinə dair konkret göstərişlər vermişdir. Abonentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, enerji istehlakçılarının şikayətləri üzrə operativ tədbirlərin görülməsi məqsədi ilə iş planının hazırlandığı bildirilmiş, fasiləsiz fəaliyyət göstərən "Qaynar xətt"in təşkil edildiyi, mənfi hallarla bağlı olan şikayətlərə obyektiv baxılması və nöqsanlara yol vermiş hər bir əməkdaş barəsində qanunauyğun ölçü götürülməsi xüsusi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, son bir ildə istehlakçıların şikayətləri əsasında əmək və xidmət intizamının pozulması hallarına yol vermiş 2 əməkdaş barəsində materiallar hüquq-mühafizə orqanlarına göndərilmiş, 11 nəfər tutduğu vəzifələrindən azad edilmiş,184 əməkdaş barəsində əmək qanunvericiliyində nəzərdə tutulan digər intizam tənbehi tədbirləri görülmüşdür.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında