Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

Noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təltif olunanları ölkəmizin yüksək fəxri adlarına layiq görülmələri münasibətilə təbrik edib. Hər il noyabrın 9-nun ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu diqqətə çatdıran Ali Məclisin sədri dövlət bayrağımızın ucaldılmasının təşəbbüskarlarına ehtiramını bildirib, müstəqilliyimizin möhkəmlənməsində əməyi olanlara təşəkkür edib, təltif olunanları və onların timsalında bütün muxtar respublika əhalisini Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.  

Sonra Ali Məclisin sədri Azərbaycan Respublikasının medallarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.

Təltif olunanlardan Müzəffər Əsgərov, Əfsər Novruzov, Solmaz Axundova, Cəmşid Abdullayev, Bəhram Gülməmmədov, Ruhiyyə Nəcəfova, Musa Əliyev, Məmməd İsmayılov, Ələkbər Kərimov, Vəli Novruzov, Ramiz Həsənov, Zenfira Allahverdiyeva, Baba Babayev və Yeganə Mustafayeva əməklərinə verilən yüksək qiymətə görə çalışdıqları kollektivlər adından minnətdarlıq ediblər. Qeyd olunub ki, ümummilli liderimizin siyasi xəttinin davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını davamlı inkişaf yoluna çıxarıb. Muxtar respublikada geniş quruculuq işləri aparılır. Sakinlərin rahat yaşaması və işləməsi qayğısına qalınır. Təltif olunanlar bundan sonra da ulu öndərin siyasi xəttinə sadiq qalaraq ölkəmizin inkişafında öz töhfələrini əsirgəməyəcəklərinə söz veriblər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında