Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3,5 milyonu ötüb

Cari ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 171 132 nəfər şəxsə fərdi şəxsi hesab açılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu da  ötən ilin müvafiq dövrü  ilə müqayisədə 14 374 nəfər və ya 9,17% çoxdur.

Beləliklə, 1 noyabr 2017-ci il tarixə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü  ilə müqayisədə 207 777 nəfər və ya 6,23% artaraq 3 544 689 nəfərə çatıb.

Fərdi uçot sistemi 2006-cı ildən Azərbaycanda fəaliyyətə başlayan müasir sığorta-pensiya sisteminin mühüm elementi olaraq, sığortaolunanlar haqqında  məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Hər bir işləyən şəxs  sistemdə öz fərdi şəxsi hesabını açdırmaqla, həmin hesabda öz pensiya kapitalını toplamaq imkanı əldə edir. Bununla da o, gələcəkdə əmək pensiyası, digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün əsas formalaşdırmış olur.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığorta münasibətləri sahəsində  “Sığortaolunanın onlayn uçota alınması”,  “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” və s. elektron xidmətləri əhalinin istifadəsindədir.

Onlardan “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti vasitəsilə vətəndaşlar fərdi şəxsi hesablarında toplanan pensiya kapitalı barədə müntəzəm olaraq məlumat öyrənə, işəgötürən tərəfindən ona aid sığorta ödənişlərinin ardıcıl şəkildə həyata keçirilməsinə nəzarət edə bilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında