Azərbaycan ilə Gürcüstanın təhsil sahəsində əməkdaşlığı genişlənir

Təhsil Nazirliyindən bildirmişlər ki, nazir Misir Mərdanov Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvilinin anası, Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru, professor Giuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə M.Mərdanov Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələrin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışmışdır.
Beynəlxalq Qara dəniz Universitetinin prorektoru Giuli Alasaniya ölkələrimizin təhsil əlaqələrinin daha da genişlənəcəyinə əminliyini vurğulamışdır.
Azərbaycanın ali təhsil müəssisələrində keçirdikləri görüşlərin əhəmiyyətini qeyd edən qonaq bildirmişdir ki, bu görüşlərdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafı yollarının müzakirəsi aparılmışdır.
Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun Gürcüstanda tədris ocaqlarının təmirində, dərslik və əlavə vəsaitlərlə təminatında yaxından iştirak etdiyini xatırladan M.Mərdanov Tbilisidə fəaliyyət göstərən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə lazım olan kitabların da göndərilməsi üçün müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırmışdır. Nazir ölkəmizin ayrı-ayrı ali və orta təhsil müəssisələri ilə tanışlığın qonaqlarda Azərbaycanın təhsil sistemi haqqında xoş təəssürat yaradacağına inamını ifadə etmişdir.
Sonra təhsillə bağlı müzakirələr aparılmışdır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında