Mərkəzi Seçki Komissiyasında AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri ilə görüş olmuşdur

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt ilə görüşmüşdür.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, görüşdə 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər əsas müzakirə mövzusu olmuşdur.
M.Pənahov seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı seçki qurumlarının həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat vermiş, seçicilərin fəal seçki hüquqlarının reallaşdırılması üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırmışdır.
Görüşdə, həmçinin seçki kampaniyası dövründə namizədlərə yaradılmış bərabər təşviqat imkanları, şikayətlərə və müraciətlərə baxılması, namizədlərin qeydiyyatı, seçki günü ilə bağlı məsələlər müzakirə edilmişdir. MSK-nın beynəlxalq təşkilatlarla əməkdaşlığı və bunun sayəsində əldə olunan nailiyyətlər barədə də danışılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında