Kollecdə maraqlı tədbir

Lənkəran Dövlət Humanitar Kollecində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri, iqtidar partiyasının yaradıcısı Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Kollecin direktoru, dosent Ruslan Həmidov əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, qazandığı böyük nailiyyətlər dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin yaratdığı və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır. Tarixi zərurətdən yaranan bu partiya müstəqilliyimizin qorunması və dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm rol oynayıb. Hazırda YAP üzvlərinin sayı 700 mindən artıqdır. Partiyaya olan bu böyük maraq ulu öndərin ideyalarına sədaqətdən, cənab İlham Əliyevə olan inam və etimaddan irəli gəlir. Natiq ölkəmizin sürətli sosial-iqtisadi inkişafında, dünya çapında mövqelərinin durmadan möhkəmləndirilməsində, eləcə də milli elm və təhsil sahəsində qazanılan uğurlarda flaqman partiyanın və onun üzvlərinin rolunu konkret faktlarla dəyərləndirib.

Sonra kollecin müəllimi, fəlsəfə doktoru Cəmil Quliyev YAP-ın zəfər yolu barədə məruzə ilə çıxış edib. Partiyanın Lənkəran şəhər təşkilatının sədr müavini Əlimərdan Əliyev, aparat rəhbəri Əliziya Ağayev və başqaları müzakirələrdə iştirak ediblər. Tədbirin sonunda YAP-ın yaradılmasının 25 illiyi ilə əlaqədar kollecdə keçirilmiş idman yarışlarının qaliblərinə fəxri fərman və hədiyyələr təqdim olunub.

Əli NƏCƏFXANLI,
 “Xalq qəzeti”nin
bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında